8.25.2015

Gəlin EKOLOGİYAnı qoruyaq! Gəlin TƏBİƏTi qoruyaq!

Salam, əziz dostlar! Sizi yeni bloqunla tanış etmək istəyirəm! Bu bloqum hal-hazırda aktual mövzu olan – “EKOLOGİYA”ya həsr olunub. Əslində, “EKOLOGİYA” nə deməkdir? Biz bu qaydalara əməl etməsək nə baş verər? Nə üçün bizim həyatımızda geniş yer tutur? Əgər, sizdə bu suallara cavab tapmaq istəyirsinizsə, bu bloqa diqqətlə baxın!

Ekologiya –  Biologiyanın, heyvanbitki orqanizmlərinin mühitlə qarşılıqlı münasibətindən bəhs edən şöbəsi adlanır. Qısa sözlə desək, yunan sözü olub “oikos” – “ev”, “logos” – “elm” deməkdir. “EKOLOGİYA QAYDALARINA RİAƏT EDƏK!” və “TƏBİƏTİ QORUYAQ!” ifadələri bir-biri ilə sinonimdir... Yəni, Ekologiya qaydalarına əməl etsək, Təbiəti də qorumuş olarıq. Bəs, Ekologiyanının pozularsa, nə baş verər? Ekologiyanın pozulması zamanı ətraf mühitin çirklənməsi, havanın zəhərlənməsi, mutasiyanın baş verməsi halları müşahidə olunur. Sonda isə, ölümcül və yolxucu xəstəliklər yaranır. Bu xəstəliklərə misal olaraq – “Ebola” xəstəliyini göstərmək olar. “Ebola” Afrika ölkələrində geniş yayılan və bir çox insanların ölmünə səbəb olan yolxucu xəstəlikdir! Bu xəstəliyin yaranma səbəbi bir çox insanlara məlum olmasada, mənim fikrimcə bu xəstəliyin kökündə də Ekologiyanın pozulması durur. Afrikadakı insanlar şəxsi gigiyena qaydalarına əməl etsəydilər, məncə bu xəstəlik yaranmaz və digər insanlara da yolxmazdı. Gəlin bu mövzuya aid videoya baxaq!..

Əgər, bizdə Ekologiyanı pozsaq, Dünyanın sonu belə olar! Təbii ki, siz belə şəxsiyyət yox, bunun əksi olmalısınız!

Ekologiyanın pozulmasına mutasiyanıda aid etdik. Bəs, mutasiya nə deməkdir? Mutasiya – Canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat saxlayan DNT malekulunda radiasiya və kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və yerdəyişmələrdir. Bu mövzunun da kökündə Ekologiyanın pozulması durur. Ekologiyanı qorunmağın ən asan və sadə yollarından biri – ağac əkməkdir. Əgər, siz də uzunömürlü olub, sağlam yaşamaq istəyirsinizsə, Ekologiyanı qaydalarına əməl edin!.. Gəlin biz də Ağac əkək, Təbiətə pay verək!

Diqqətinizə görə təşəkkürlər! Siz də fikir və təsürratlarınızı bu elektron ünvana yaza bilərsiniz: sheydasultan.99@gmail.com