Salam, əziz dostlar!
Sizi yeni bloqunla tanış etmək istəyirəm! Bu bloqum hal-hazırda aktual mövzu
olan – “EKOLOGİYA”ya həsr olunub. Əslində, “EKOLOGİYA” nə deməkdir? Biz bu
qaydalara əməl etməsək nə baş verər? Nə üçün bizim həyatımızda geniş yer tutur?
Əgər, sizdə bu suallara cavab tapmaq istəyirsinizsə, bu bloqa diqqətlə baxın!

Ekologiya – Biologiyanın, heyvan və bitki orqanizmlərinin mühitlə qarşılıqlı münasibətindən bəhs edən şöbəsi adlanır. Qısa sözlə desək, yunan
sözü olub “oikos” – “ev”, “logos” – “elm” deməkdir. “EKOLOGİYA
QAYDALARINA RİAƏT EDƏK!” və “TƏBİƏTİ QORUYAQ!” ifadələri bir-biri ilə
sinonimdir... Yəni, Ekologiya qaydalarına əməl etsək, Təbiəti də qorumuş
olarıq. Bəs, Ekologiyanının pozularsa, nə baş verər? Ekologiyanın pozulması
zamanı ətraf mühitin çirklənməsi, havanın zəhərlənməsi, mutasiyanın baş verməsi
halları müşahidə olunur. Sonda isə, ölümcül və yolxucu xəstəliklər yaranır. Bu
xəstəliklərə misal olaraq – “Ebola” xəstəliyini göstərmək olar. “Ebola” Afrika
ölkələrində geniş yayılan və bir çox insanların ölmünə səbəb olan yolxucu
xəstəlikdir! Bu xəstəliyin yaranma səbəbi bir çox insanlara məlum olmasada,
mənim fikrimcə bu xəstəliyin kökündə də Ekologiyanın pozulması durur.
Afrikadakı insanlar şəxsi gigiyena qaydalarına əməl etsəydilər, məncə bu xəstəlik
yaranmaz və digər insanlara da yolxmazdı. Gəlin bu mövzuya aid videoya baxaq!..
Əgər, bizdə
Ekologiyanı pozsaq, Dünyanın sonu belə olar! Təbii ki, siz belə şəxsiyyət yox,
bunun əksi olmalısınız!


Ekologiyanın
pozulmasına mutasiyanıda aid etdik. Bəs, mutasiya nə deməkdir? Mutasiya – Canlı
hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat saxlayan DNT malekulunda
radiasiya və kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və
yerdəyişmələrdir.
Bu mövzunun da
kökündə Ekologiyanın pozulması durur. Ekologiyanı qorunmağın ən asan və sadə
yollarından biri – ağac əkməkdir. Əgər, siz də uzunömürlü olub, sağlam yaşamaq
istəyirsinizsə, Ekologiyanı qaydalarına əməl edin!.. Gəlin biz də Ağac əkək,
Təbiətə pay verək!
Diqqətinizə görə
təşəkkürlər! Siz də fikir və təsürratlarınızı bu elektron ünvana yaza
bilərsiniz: sheydasultan.99@gmail.com
